Türkiyənin "Beşiktaş" klubu futbolçusu Gökhan Töreni icarəyə verib. Teleqraf.com xəbər verir ki, 24 yaşlı futbolçu qarşıdakı mövsümdə İngiltərənin "Vest Hem" klubunda çıxış edəcək.
İngiltərə təmsilçisi "Beşiktaş"a icarə haqqı olaraq 3 mln/ avro ödəyəcək. Futbolçunun tam transfer qiyməti isə 13 mln/ avrodur.
Töre qarşıdakı bir neçə gündə İngiltərəyə gedərək tibbi müayinədən keçəcək.
Qeyd edək ki, G.Törenin "Beşiktaş"la müqavilə müddəti 2019-cu ildə başa çatacaq.