Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, təmsilçimiz "Qəbələ" Bakıda MTK (Macarıstan) ilə qarşılaşacaq.
MTK ilə qarşılaşma "Qəbələ"nin tarixində 20-ci avrokubok oyunu olacaq. İlk oyunda səfərdə rəqibini 2:1 hesabıyla məğlub edən Roman Qriqorçukun yetirmələrinin mərhələ adlamaq şansı yetərincə yüksəkdir.
"Qəbələ" MTK səddini aşacağı halda, növbəti mərhələdə Fransanın "Lill" klubu ilə üz-üzə gələcək.
Avropa Liqası. 2-ci təsnifat mərhələsi, cavab oyunu
21 iyul
21:00 Qəbələ (Azərbaycan) - MTK (Macarıstan) 2:0
Zenyov, 7. Uiks, 37.
Baş hakim: Mete Kalkavan
Köməkçi hakimlər: Ceyhun Sesigözel, Esat Sancaktar
Dördüncü hakim: Serkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun - 2:1