4 Avqust 2016 21:41
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Turnirdə mübarizəni davam etdirən “Qəbələ” də növbəti oyununa çıxıb.

Roman Qriqorçukun komandası Bakıda Fransanın “Lill” komandasını qəbul edib.Qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Qəbələ" tarixində ardıcıl üçüncü dəfə Avroliqanın pley-off mərhələsinə yüksəlib.

Futbol tariximizdə ilk dəfə olaraq məhz Qəbələ "böyük beşlik" ölkələrindən birinin təmsilçisini (Fransa) iki oyunun nəticəsinə əsasən, məğlub edərək mərhələ adlayan ilk klubumuz kimi tarixə düşüb

Qeyd edək ki, “Qəbələ” bu mərhələyə qədər Gürcüstanın “Samtredia”, Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırıb.


Müəllif:

Oxşar xəbərlər