10 Avqust 2016 17:43
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Maribor” komandası ilə üz-üzə gələcək “Qəbələ”nin ev oyununun yeri dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, buna səbəb “Qəbələ”nin 8-ci km qəsəbə stadionundan imtina etməsidir.

Məlum olub ki, arenanın ot örtüyü yararsız hala düşüb. Klub rəhbərliyinin ilk variantı isə “Dalğa Arena”dır. Görüşün burada keçirilmə ehtimalı yüksəkdir. İkinci variant kimi isə Bakı Olimpiya Stadionu nəzərdə tutulur. İstənilən halda, “Qəbələ” avqustun 18-də “Maribor”u Bakıda qəbul edəcək.

Qeyd edək ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” görüşü saat 21:00-da başlayacaq.


Müəllif:

Oxşar xəbərlər