15 Sentyabr 2016 08:33
395

Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda "Seltik"in qapısından 3 top keçirən Messi yeni rekorda imza atıb.

Teleqraf.com goal.az-a istinadən xəbər verir ki, argentinalı futbolçu 3 qol vuraraq Çempionlar Liqasındakı het-triklərinin sayını 6-ya çatdırıb. Bununla da Messi ilkə imza atmış olub. Bu günə kimi ÇL tarixində 6 dəfə het-trik edək futbolçu olmayıb. Messi həmçinin yeni sezonda ilk het-trik edək futbolçu olub. Qeyd edək ki, "Barselona" - "Seltik" matçı katalonların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Müəllif: