Bu gün Azərbaycanın iki klubu - "Qarabağ" və "Qəbələ" Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.
Teleqraf.com xəbər verir ki, qrup mərhələsinin açılış oyunu Bakıda olub. Meydana ilk olaraq "Qarabağ" çıxacaq. Qurban Qurbanovun komandası Çexiyanın "Slovan" klubunu qəbul edib. Matç əvvəlcədən nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda yox, "Dalğa Arena"da keçirilib. "Qarabağ"ın əsas kadr problemi mərkəz müdafiəçisi Bədavi Hüseynovun zədə üzündən heyətdən kənarda qalması olub. Rəqibdə də əsas mərkəz müdafiəçilərindən biri - kapitan Lukaş Pokornı həmin səbəbdən meydana çıxa bilməyib.
“Qəbələ” isə Belçikada yerli "Anderlext"in qonağı olacaq. Brüsseldəki matç Bakı vaxtilə saat 21:00-da başlayıb. Roman Qriqorçukun komandası ötən mövsüm qrup mərhələsində debüt edib və 2 xalla sonuncu yeri tutub.
Avropa Liqası. Qrup mərhələsi, 1-ci tur
15 sentyabr
19:00 Qarabağ (Azərbaycan) - Slovan (Çexiya) 2:2
Miçel, 7. Rəşad. Sadıqov, 90+3 - Sikora, 1. Baroş, 68.
Baş hakim: Stefan Klossner
Yan xətt hakimləri: Raffael Zeder, Con-İves Uiçt
Əlavə hakim-köməkçiləri: Alan Byeri, Saşa Amhof
Dördüncü hakim: Yohannes Vogel
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Bakı. "Dalğa Arena" stadionu
21:00 Anderlext (Belçika) - Qəbələ (Azərbaycan) 2:1
Teodorçuk, 14. Rafa Santos, 42-a/q - Dabo, 20.
Baş hakim: Harald Laxter
Yan xətt hakimləri: Maksimilan Kolbits, Andreas Neydenreys
Əlavə hakim-köməkçiləri: Markus Hameter, Aleksander Harkam
Dördüncü hakim: Andreas Staudinger (hamısı Avstriya)
Hakim-inspektor: Lusiano Luçi (İtaliya)
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya)
Brüssel. "Konstant van den Stok" stadionu