“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldoya məxsus “Gulfstream G200” təyyarəsi qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə İspaniyanın sport.es saytı məlumat yayıb. Təyyarə Barselonada eniş edərkən təkərlərin açılmasında problem yaranıb.
Qəza zamanı sərnişinlərdən heç biri xəsarət almayıb. Ronaldonun hadisə baş verən zaman təyyarədə olmadığı qeyd edilib.