Türkiyə yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Ukrayna və İslandiya ilə oyunlar üçün heyəti açıqlanıb. Baş məşqçi Fatih Terim yığmaya 24 oyunçu dəvət edib.
Terim ötən ay keçirilən matçlarda olduğu kimi Arda Turan, Burak Yılmaz, Gökhan Gönül, Səlcuq İnan və Caner Erkinə yenə ehtiyac duymayıb.
Ömər Toprakı heyətə qaytaran çalışdırıcı Gökhan Töreni də siyahıya daxil etməyib.
Qeyd edək ki, Türkiyə yığması oktyabrın 6-da Ukrayna, 9-da İslandiya ilə qarşılaşacaq. İlk oyunu Konyada keçirəcək "ay-ulduzlular" digər matçı səfərdə oynayacaq.