“Güney Azərbaycanın Urmu gölünün şəkli superliqa yarışlarının 8-ci həftəsindən “Traxtur” oyunçularının geyimi üzərində əks olunacaq”.
Bu barədə İran mətbuatı “Traxtur” klubunun müdir-amili Mustafa Acurluya istinadən məlumat yayıb.
“Biz Urmu gölünün canlandırılması üçün əlimizdən gələn her şeyi edirik. Azərbaycanın mövcudluğu bir növ Urmu gölü ilə bağlıdır, ona görə də bu gölün canlanması bizim üçün çox önəmlidir. Gölün dirçəlməsi ölkənin ətraf mühitinə də çox müsbət təsir edər” - deyə M.Acurlu bildirib.
Yayılan məlumata görə, “Traxtur” klubunun rəsmisi “Mən Urmu gölüyəm” kampaniyasına qatıldıqdan qısa müddət sonra “Traxtur” oyunçularının geyimi üzərində Urmu gölü görüntüsünü əks etdirmək qərarına gəlib. (gunaz.tv)