UEFA Çexiyanın "Sparta Praqa" klubunu cəzalandırıb. Teleqraf.com xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Avropa Liqasında "İnter"lə qarşılaşma zamanı "Sparta Praqa"nın azarkeşləri irqçi şüarlar səsləndirdikləri üçün onların sevimli komandaları cəzalandırılıb.
Çexiya klubu noyabrın 3-də İsrailin " Hapoel Beer-Sheva" ilə qarşılaşmada ultra-fanatların olduğu tribunalar bağlanacaq. İrqçi davranışlar davam edəcəyi təqdirdə stadion Avropa Liqası üçün tamamilə yararsız hesab olunacaq.
Ruslan