18 Oktyabr 2016 12:20
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın “Volfsburq” klubu baş məşqçi Diter Hekkinqlə yollarını ayırıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidir. “Volfsburq” cari mövsüm avrokuboklara vəsiqə qazana bilməyib. Komanda ötən mövsümü 8-ci pillədə tamamlayıb. Hazırda Almaniya təmsilçisi 7 oyundan cəmi 6 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Baş məşqçi postu müvəqqəti olaraq 23 yaşadək futbolçulardan ibarət komandaya rəhbərlik edən Valeryen İsmaelə həvalə edilib.

Onun rəhbərliyi altında komanda Bundesliqanın 8-ci turunda “Darmştadt”la qarşılaşacaq.

İstənilən halda, klub yeni baş məşqçinin axtarışına da çıxıb. Danışıqlar iki əsas namizədlə aparılır. Bunlar vaxtı ilə “Porto”, “Çelsi” və “Tottenhem”in çalışdırmış Andre Villaş-Boaş və “Şalke”nin əvvəlki baş məşqçisi Andre Braytenrayterdir.


Müəllif:

Oxşar xəbərlər