4 Noyabr 2016 10:21
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov noyabrın 5-də növbəti dəfə rinqə çıxacaq.

Missiya.Az xəbər verir ki, noyabrın 5-də Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti nüfuzlu beynəlxalq turnir keçiriləcək. Yarışda ölkəmizi təmsil edəcək Xəyal Əhmədovun büdəfəki rəqibi erməni döyüşçü Cioran Apuyepyan olacaq.

“A1 World Combat Cup”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.

Xatırladaq ki, X.Əhmədov bundan əvvəl bu il mayın 28-də Hollandiyanın Eindhoven şəhərində keçirilmiş “K-1” versiyası üzrə beynəlxalq turnirin qalibi olub. Polyak idmançı ilə üz-üzə gələn həmyerlimiz çətin döyüşdə tam üstünlük nümayiş etdirərək parlaq qələbə qazanmışdı.

Noyabrın 5-də keçiriləcək turnirin təqdimat çarxını diqqətinizə təqdim edir:

Xəyal Əhmədovun keçirdiyi döyüşlərdən birinin videosunu da təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər