8 Aprel 2014 11:51
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəvan"da yeni təyinat gerçəkləşib.

Teleqraf.com xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov istefa verib. Onu Şamo Quliyev əvəzləyib.

"Rəvan"dan ayrılan Elvin Yaqubov "Facebook" səhifəsində gedişinin səbəbini belə izah edib:

"Mən mənimlə işləmək istəməyən, işimi dəyərləndirməyən, mən işləyə-işləyə arxamdan işçi axtaran rəhbərliklə işləyə bilmərəm! Karyeramın "Rəvan" səhifəsi başa çatdı. Orda işlədiyim müddətdə mənə miqdarından, ölçüsündən, həcmindən asılı olmayaraq, dəstək olan, yardım edən hər bir kəsə təşəkkür edirəm. Haqlarını halal etsinlər. Təki həyatım rəvan olsun!


Müəllif: Teleqraf.com