Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.
Teleqraf.com xəbər verir ki, Almaniyanın "Eqestorf" klubu ilə qarşılaşan yığmamız 2:4 hesabı ilə məğlub olub. Komandamızın qollarını Əli Nuri və Sertan Taşkın vurub.
Qeyd edək ki, millimiz ilk yoxlama görüşündə Qazaxıstanın “Okjeptes” klubu ilə heç-heçə edib - 2:2.