22 Yanvar 2017 01:35
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirə yekun vurulub.

Qol.az-ın məlumatına görə, Sankt-Peterburqda keçirilən yarışın finalında Rusiya və Qazaxıstan milliləri üz-üzə gəlib. Polyakovun 27-ci dəqiqədə vurduğu qol Rusiya yığmasına qələbə qazandırıb.

Bununla da Rusiya 2 illik fasilədən sonra yenidən yarışın qalibi olub. Bu, müstəqillik qazandıqdan sonra Rusiya millisinin Qranatkin turnirindəki 9-cu çempionluğudur.

Bürünc medallar Yunanıstanı 4:2 hesabı ilə məğlub edən Sankt-Peterburq komandasına qismət olub.

V yer uğrunda görüşdə Slovakiya Latviyanı 2:0 hesabı ilə məğlub edib.

VII yerə isə Bolqarıstanı 3:0 hesabı ilə məğlub edən Sloveniya yığması sahib çıxıb.

Xatırladaq ki, Azərbaycan millisi turniri 9-cu pillədə başa vurub.


Müəllif:

Oxşar xəbərlər