Məşhur futbolçu Emanuel Adebayor “Beşiktaş”da çıxış edə bilər.
Qol.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilir ki, hazırda agent azad statusu olan toqolu hücumçu ilə razılıq əldə olunub. Yekun qərarı isə klub prezidenti Fikrət Orman verəcək.
Qeyd edək ki, “Arsenal”, “Mançester Siti”, “Real” kimi klublarda çıxış etmiş 32 yaşlı forvard son olaraq “Kristal Palas”da oynayıb.