23 Aprel 2014 14:57
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neftçi” klubunun “Sport Favorit” qəzetini məhkəməyə verməsi ilə bağlı məlumat vermişdik.

Xatırladaq ki, klub prezidenti Sadıq Sadıqov, vitse-prezident Tahir Süleymanov, mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə şərəf və ləyaqətlərinin təhqir olunduğunu əsas gətirərək, mülki qaydada Nəsimi rayon məhkəməsinə müraciət etmişdilər. İddiaçılar qəzetdən 100 min manat tələb edirdilər.

Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayev “Neftçi” rəhbərliyinin iddiasını qismən təmin edərək, qəzeti 5 min manat cərimə etmişdi. Qərardan narazı qalan “Sport Favorit” Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermişdi. Maraqlıdır ki, “Neftçi” rəhbərliyi də Nəsimi rayon məhkəməsinin qərarından narazılıq edərək apellyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçən prosesdə “Neftçi”nin iddiası qəbul edilməyib. “Sport Favorit”in iddiası isə qismən təmin olunub. Məhkəmənin hökmü ilə Nəsimi rayon məhkəməsinin çıxardığlı 5 min manat cərimə qərarı ləğv olunaraq 1000 manata endirilib.


Müəllif:

Oxşar xəbərlər