UEFA Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib.
Teleqraf.com-un qurumun saytına istinadla yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, “Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq ən yaxşı oyunçu seçilib. O, səslərin 35 faizini toplayıb.
Qeyd edək ki, R.Sterlinq “Monako” ilə (5:3) görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.