“Atletiko”ya qarşı keçirilən matç “Barselona”nın baş məşqşisi Luis Enrike üçün La Liqada 100-cü oyun olub.
Teleqraf.com İspaniya KİV-lərinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis bu oyunlardan 75-də qələbə qazanıb.
Qeyd edək ki, Luis Enrike Kataloniya klubunun tarixində İspaniya çempionatında baş məşqçi kimi oyuna çıxan 8-ci baş məşqçi olub.