İngiltərə Premyer Liqasının dünən keçirilən 29-cu turu "Mançester Yunayted" üçün əlamətdar olub.
Teleqraf.com xəbər verir ki, "Midlsbro"dan 3-1 hesabı ilə üstün olan "qırmızı şeytanlar" ölkə çempionatı tarixində 600-cü qələbəsini qeyd edib.
Xatırladaq ki, "mankuniyanlar" bu göstərici ilə ilk pilləni tutur. 517 qələbəsi olan "Arsenal" ikinci, 508 qələbəsi olan "Çelsi" isə üçüncüdür.