Almaniyanın “Borussiya” Dortmund klubunun baş məşqçisi Tomas Tuhelin “Arsenal”ı çalışdıracağı haqqında yayılan xəbərlər doğru deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə London klubunun nümayəndəsi açıqlama verib.
Qeyd edək ki, Almaniyanın “Bild” nəşri Tomas Tuhelin London klubunun hazırki baş məşqçisi Arsen Vengeri əvəzləyəcəyini yazmışdı.