24 Mart 2017 15:15
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Teleqraf.com Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, İK Topaz Premyer Liqanın 23-cü turunun oyunlarında baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Turun “Zirə”- “Qarabağ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində “Zirə”nin futbolçusu Akim Latifu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


Müəllif:

Oxşar xəbərlər