AZAL klubu futbolçusu Tural Hümbətovla yollarını ayırıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqanın 25-ci turunda "Sumqayıt"la oyundan (1:2) sonra bildirib.
O bildirib ki, 23 yaşlı müdafiəçinin icazəsiz Rusiya klublarından birinə baxışa getdiyi üçün komandadan qovulub.