Teleqraf.com xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin baş katibinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev deyib. O, bütün idman növləri ilə maraqlandığını söyləyib: "Hər bir idman növünü - futbol, güləş, cüdo, karate, taekvondo və s. sevirəm və yarışları izləməyə gedirəm".
A.Əliyev İslamiadanın ilk yarış günündə 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Kamerunla oyununu izləyib. O, millinin oyununu çox bəyəndiyini bildirib. MOK rəsmisinin fikrincə, qrupda əsas rəqabət bu iki komanda arasında gedəcək. (Report)