Teleqraf.com xəbər verir ki, hər iki komandanın aktivində bir qələbə olduğu üçün həndbolçular yarımfinala vəsiqə uğrunda gərgin mübarizə aparıblar. Görüşün ilk hissəsində Mərakeş həndbolçuları cüzi fərqlə qalib gəliblər - 11:10. Lakin ikinci yarıda üstünlüyü ələ alan İraq yığması hissəni 15:11 hesabı ilə başa vurub. Ümumi hesabda 25:22 hesabı ilə qələbə qazanan İraq yığması Oyunların yarımfinalına vəsiqəni təmin edib.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanı bəhreynli hakimlər briqadası idarə edib.