Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə Azərbaycan gimnastika yığmasının lideri Marina Durunda deyib.
Durunda deyib: "Biz xoşbəxtik ki, ölkəmizin ümidlərini doğrultduq, fəxri kürsüdə himn oxumaq isə böyük bir şərəfdir".
Onun sözlərinə görə, azarkeşlərin dəstəyi komandanı çox həvəsləndirirdi: "Azərbaycanda bizi həmişə çox isti qarşılayırlar və çıxış etmək çox xoşdur".
Azərbaycanlı gimnast, həmçinin, qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası komandaya çox böyük dəstək göstərir.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.