Teleqraf.com-un məlumatına görə, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi ilə qarşılaşıb.
Görüşdə tam qələbə qazanan cüdoçumuz qızıl medala sahib olub.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.