14 May 2017 23:25
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan paracüdoçusu Kənan Abdullaxanlı (100 kq-dan artıq) IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizə daha bir gümüş medal qazandırıb.

Teleqraf.com-un məlumatına görə, final görüşündə gedən mübarizədə K.Abdullaxanlının rəqibi Özbəkistan təmsilçisi Şirin Şərifov olub. K.Abdullaxanlı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Müəllif:

Oxşar xəbərlər