“Arsenal”ın baş məşqçisi Arsen Venger klubda qalacaq.
Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı İngiltərə mətbuatı yayıb. “Topçular”ın rəhbərliyi fransız mütəxəssislə yeni müqavilə bağlamq barədə qərar qəbul edib. Rəhbərlik transferlər üçün Arsen Vengerə 70 milyon funt sterlinq ayıracaq. Yaxın günlərdə klub prioritet vəzifələri müəyyənləşdirəcək.
Qeyd edək ki, Vengerin “Arsenal”la müqaviləsi bu mövsümün sonunda başa çatır.