28 İyul 2017 14:42
1 621

Məşhur rusiyalı futbolçu Dmitri Sıçev futbolçu karyerasında başına gələn maraqlı hadisələr barədə danışıb.

Kaspi.az xəbər verir ki, Sıçev İran klubundan da təklif alıb. O, bu ölkədə başına gələn qəribə hadisə barədə danışıb və İranda yaşamağın çətin olduğunu bildirib:

"İranda futbolla bağlı məsələ sivildir. Amma həyat dini baxımdan dözülməzdi. Yerli qanunlar insanın psixikasına təsir edir. Buna o ölkəyə gedən kimi əmin oldum.

Təyyarə aeroporta enən kimi bütün qadınlar uzun, qapalı paltarlar geyinməyə, başlarını bağlamağa başladılar. Mən isə bricdə idim.

Agentim iranlı olsa da, bu barədə mənə məlumat verməmişdi. Fikirləşdim ki, belə ölkədə nəinki qadınlara, heç kişilərə də şortikdə gəzməyə icazə verməzlər. Hiss etdim ki, İran nə Ərəb Əmirlikləridir, nə də Mərakeş.

Yoxlamadan keçərkən gömrük əməkdaşı qarşımı kəsdi və bir neçə dəfə ingilis dilində "rədd ol öz ölkənə, bizim ölkəyə belə daxil ola bilməzsən” dedi.

Həyəcanlandım, çantamı açıb, ordan idman formalarımı çıxartdım, onları başa salmağa çalışdım ki, futbolçuyam, İran klubunda oynamaq üçün gəlmişəm. "Şalvar” geyin dedilər. Getraları çıxarıb dizimə qədər dartdım, ondan sonra ölkəyə daxil olmağıma icazə verdilər.

İranda mənə 2 illik müqavilə və ayda 15 min dollar məvacib vəd etdilər. Ancaq məsələ pulda deyildi. O ölkədə yaşaya bilməzdim, sadəcə, qaçdım”.


Müəllif: Teleqraf.com