İtaliya Futbol Federasiyası millinin baş məşqisi Campero Ventura ilə yeni müqavilə imzalayıb.
Teleqraf.com-un qurumun rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, 69 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, C.Ventura "Avro-2016"dan sonra yığmanı çalışdırır.