Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” bu gün ölkə çempionatında növbəti oyununa çıxıb.
Teleqraf.com-un xəbərinə görə, İngiltərə Premyer Liqasının 3-cü turunda London təmsilçisi “Everton”u qəbul edib və 2:0 hesabı ilə qələbə qazanıb. Qollar ispan futbolçular Sesk Fabreqas (27-ci dəq.) və Alvaro Morato (40) vurublar.
Bu qələbə sayəsində xal ehtiyatını 6-ya çatdıran “Çelsi” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.