Aprel ayının 28-dən mayın 5-dək Yaponiyanın paytaxtı Tokio şəhərində stolüstü tennis üzrə Dünya komanda çempionatı keçiriləcək.
Yarışda milli komandamızın 4 kişi və 3 qadından ibarət 7 üzvü mübarizə aparacaq. İdmançılarımıza baş məşqçi Leşek Kuxarski və böyük məşqçi Aleksandr Zudov rəhbərlik edəcək.
Dünya çempionatında 120 kişi və 100 qadın komandası mübarizə aparacaq. Qadın komandamız III divizionun “I” qrupunda – Qazaxıstan, Qvatemala, Salvador, Monqolustan və Yeni Kaledoniya tennisçiləri ilə görüşəcək. Kişi komandaları arasında püşkatma hələ keçirilməyib.
SEVİNC