17 Sentyabr 2017 21:27
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.

Teleqraf.com Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan milli komandası mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər. Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub.

Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.


Müəllif: Teleqraf.com