4 Oktyabr 2017 21:09
1 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya yığmasını qəbul edəcək.

Teleqeaf.com xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında ənənəsinə sadiq qalaraq sabah şans verəcəyi start heyətini açıqlayıb. Prosineçki zədəli olan futbolçular - Maksim Medvedev və Araz Abdullayevin həm Çexiya, həm də Almaniya ilə matçlarda oynamayacaqlarını bildirib.

Xorvat mütəxəssis sabah baş tutacaq oyunda aşağıdakı heyətə güvənəcək:

Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Riçard Almeyda, Dmitri Nazarov, Cavid Hüseynov, Əfran İsmayılov, Ruslan Qurbanov.


Müəllif: Elçin Murad