"Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun komandası noyabrın 11-də “Zirə”, 12-də “Səbail”lə görüşəcək.
Qeyd edək ki, "Qəbələ" hazırda 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.