“Qalatasaray” keçmiş futbolçusuna yardım əli uzadacaq.
Teleqraf.com xəbər verir ki, yaşadığı maliyyə böhranına görə intihar həddinə çatan “Qalatasaray”ın keçmiş cinah müdafiəçisi Emanuel Eboue eks komandasından ona kömək etmələrini istəyib.
Türkiyənin gündəminə çevrilən futbolçuya “Qalatasaray” rəhbərliyinin dəstək olacağı bildirilib.
Yayılan xəbərlərə görə, onu “Qalatasaray”ın U14 komandasına köməkçi məşqçi gətirmək planları da var. “Göztəpə” oyunundan sonra Fatih Terim də Eboue ilə bağlı “əlimizdən nə gələrsə, edərik” deyib.
Qeyd edək ki, Emanuel Eboue bir zamanlar “Arsenal” və “Qalatasaray”dakı gözəl oyunu ilə yadda qalıb.