4 Avqust 2014 14:51
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox məhşurlar kimi Kriştianu Ronaldu da özünün yeni dəb kolleksiyasını hazırlamaq qərarina gəlib. Gözlənildiyi kimi o, alt geyimlərinin hazırlanmağı seçib.

Bu da təəcüblü deyil, çünki onun ideal bədən quruluşu hər zaman qadınların diqqət mərkəzində olub. Və təbii ki, ona heç yeni məhsulu nümayiş etdirmək üçün model də tələb olunmur. Bu işi elə Ronaldu özü ela bacarır.

Bu günlərdə Kriş özünün “CR7” markalı dəb kolleksiyasının fotolarını (Lookbook) internet səhifələrində paylaşıb.

Fotolarda məşhur futbolçu bir çox pozalarda həm alt geyimlərini həm də əla bədən quruluşunu nümayiş etdirir. Amma... deyəsən fotograflar fotoşopdan həddən artıq çox istifadə ediblər. O lap özünün Portuqaliyada nümayiş olunan mum heykəlini xatırladır...

Xatırladaq ki, Ronaldu bundan öncə Armani brendinin geyimlərini reklam etmişdi.

Üviyyə


Müəllif:

Oxşar xəbərlər