Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, klub paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya ilə bir illik müqavilə bağlayıb.
26 yaşlı futbolçu bunadək Paraqvayın "Serro Portenyo”, "İndependiente”, "Sportivo Lukeno”, "Deportivo Kapiata”, "Nasional” və Kolumbiyanın "Atletiko Huila” klublarında çıxış edib.