"Əskişəhərspor"un keçmiş baş məşçisi Sәrgәn Yalçın Super Liqaya geri dönür.
Teleqraf.com xəbər verir ki, "Beşiktaş"a uduzan "Kasımpaşa"nın Sәrgәn Yalçının rəhbərliyi altında fəaliyyətini davam etdirmək niyyətindədir.
2013-2014-cü illərdə "Qaziantepspor"u çalışdıran S.Yalçın daha sonra "Sivasspor"da fəaliyyətini davam etdirib. S.Yalçın növbəti illərdə "Kayserispor" və "Əskişəhərspor"da baş məşqçilik edib.
4 klubdakı fəaliyyəti dövründə komandaları 257 qələbə, 25 bərabərlik və 29 məğlubiyyətə imza atıblar.
Xatırladaq ki, Sərgən Yalçın futbolçu zamanında Türkiyə millisinin üzvü olub. O, Türkiyənin 3 böyük klubu- “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş” formasını da geyinib.