FİFA dünya çempionatının kubokunu gətirən təyyarə Heydər Əliyev adına beynəlxalq aeroporta eniş edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.
Qeyd edək ki, dünya kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə Bakıya gətirilib. Kubok bu gün saat 13:00-dan etibarən “Gənclik Mall”da azarkeşlərə təqdim olunacaq.