21 Fevral 2018 01:42
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın yeni transferi Filipe Koutinyonun evi qarət olunub.

Teleqraf.com xəbər verir ki, hadisə ötən gecə olub.

Ailəsi ilə birlikdə şəhərə çıxan braziliyalı futbolçu geri qayıdanda evindən oğurluq edildiyini görüb. O, dərhal polisə şikayət edib. Oğrular hələ tapılmayıb.

Qeyd edək ki, Koutinyo qış transfer pəncərəsində 160 milyon avro qarşılığında "Liverpul"dan "Barselona"ya keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər