28 Fevral 2018 16:39
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türkiyəli məşqçi Mustafa Dənizli həbs oluna bilər.

Buna səbəb həyat yoldaşı Evin Elçinin onun barəsində şikayət etməsidi.

Maraqlıdı ki, ilk olaraq Dənizli özü məhkəməyə müraciət edib. O, boşanmaq mərhələsində olduğu Elçinin 3,5 milyon lirə pul istədiyini, üstəlik, həyat yoldaşının böyük qardaşı tərəfindən döyüldüyünü iddia edib. Elçi isə buna qarşılıq olaraq təcrübəli mütəxəssisin pul müqabilində İstanbuldakı evlərini girov qoyduğunu əsas gətirərək, onu məhkəməyə verib. Elçi iddia edib ki, Dənizli gizli şəkildə onun qolunu çəkib. Saxta sənədin hazırlanmasında ona yardım etdiyi bildirilən bank işçisi də məhkəmədə ifadə verəcək.

69 yaşlı çalışdırıcının qızının ailəsi çətin durumda olduğu üçün bu yola əl atdığı bildirilir. İstanbul Ədliyyə Cəza Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə Mustafa Dənizlinin 1 ildən 3 ilə qədər həbs edilməsi tələb olunub.

Qeyd edək ki, Mustafa Dənizli 2013-14 mövsümündə ölkəmizdə “Xəzər Lənkəran” klubunu çalışdırıb./APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər