Rusiya Prezidenti Vladimir Putin 2018-ci ildə ölkəsində baş tutacaq futbol üzrə Dünya çempionatına 100 gün qalmış Kremldə FİFA lideri Canni İnfantino ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdən sonra Putin və İnfantino Kremldəki otaqlardan birində topla məharətlərini göstəriblər.
Görüntülər FİFA-nın rəsmi Tvitter hesabında paylaşılıb. Videoda Putinlə yanaşı, dünyanın bir çox məşhur futbol ulduzlarının məharətləri əks olunub.
Həmin görüntüləri təqdim edirik: