"Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisindən kənarda qalıb.
Teleqraf.com xəbər verir ki, baş məşqçi Kristian Panuççi Norveçlə yoldaşlıq oyunu üçün yığmaya 35 yaşlı müdafiəçini dəvət etməyib.
Qeyd edək ki, Albaniya - Norveç görüşü martın 26-ı keçiriləcək.