21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda martın 27-də keçiriləcək Türkiyə – Malta oyununun baş hakimi Ömər Paşayev olacaq.
Teleqraf.com-un AFFA-nın saytına istinadən məlumatına görə, ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.