UEFA İntizam Komitəsi "Real"ın futbolçusu Xabi Alonsonun cəzasının ləğv olunması ilə bağlı müraciətini müsbət cavablandırmayıb.
UEFA rəsmi saytından təcrübəli oyunçunun cəzasının qüvvədə qaldığını açıqlayıb. Bununla da X.Alonsonun UEFA Superkubokunda avqustun 12-i baş tutacaq "Sevilya" ilə matçda iştirak etməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, X.Alonso ötən mövsüm Çempionlar Liqasının finalında "Atletiko" ilə matçda (4:1) "Real"ın ikinci qolundan sonra meydana daxil olduğu üçün bir oyunluq cəzalandırılıb./qol.az/