10 Avqust 2014 17:15
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Rusiya çempionatının ikinci turunun "Dinamo"-"Spartak" oyunu Ələkbər Məmmədovun xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.

Bu barədə Trend R-Sporta istinadən xəbər yayıb.

İyulun sonunda 85 yaşında dünyasını dəyişən Azərbaycanın məşhur futbolçusu vaxtilə "Dinamo"nun da şərəfini qoruyub.

Hücumçu ampluasında çıxış etmiş Ələkbər Məmmədov bakının "Spartak" klubunun yetirməsi olub.

"Dinamo"da 1954-cü ilin aprelində debüt edib və bu komandanın tərkibində dörd dəfə - 1954, 1955, 1957 və 1959-cu illərdə SSRİ çempionu olub.


Müəllif:

Oxşar xəbərlər