16 Aprel 2018 21:57
1 265
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı qolu seçilib.

Qol.az-ın xəbərinə görə, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Liverpul" futbolçusu Məhəmməd Salahın "Mançester Siti" ilə cavab oyunundan (2:1) vurduğu qol həftənin ən yaxşısı olub. Misirili yarımmüdafiəçi 39 faiz səs toplayıb.

"Real"ın hücumçusu Kriştiano Ronaldonun "Yuventus"la ilk oyunda aşırma zərbəsi ilə vurduğu qol 30 faiz səslə 2-ci olub. "Liverpul"un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberlenin "Mançester Siti”yə 3:0 hesabı ilə qalib gəldikləri oyunda vurduğu qol isə 14 faiz səslə 3-cü olub.

\Qol.az\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər