UEFA "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanı cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/4 finalında "Liverpul"la cavab oyununda (1:2) hakimə qarşı etdiyi hərəkət olub. UEFA 47 yaşlı mütəxəssisə iki oyunluq cəza tətbiq edib.
Qeyd edək ki, P.Qvardiola "Liverpul"la matçın birinci hissəsi bitdikdən sonra meydançaya daxil olaraq hakim Mateu Laosa futbolçusu Leroy Sanenin qolunu qeydə almadığı üçün narazılığını bildirib. Hakimə qışqıran baş məşqçi texniki zonadan uzaqlaşdırılıb.